
- A-
- A
- A+
Nazir: “2 il stajı olanlara 23 il kapital hədiyyə olunacaq”
Minimum pensiya artdıqca sığorta kapitalına tələb də artır.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 2027-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.
Nazir əmək pensiyaları haqqında digər bir mexanizmin olduğunu qeyd edib:
"O kapitaldan asılı olmayaraq, bu gün şəxsin 25 il stajı varsa, o pensiya sisteminə düşə bilir. Keçən ilə qədər biz kapitalında 1 manat belə vəsaiti olan şəxsə 25 il kapital hədiyyə eləyirdik. Bu il artıq 1 il staj və 24 il kapital hədiyyəsi edirik, növbəti il 2 il staj və 23 il kapital hədiyyəsi olacaq. Yəni bu kimi mexanizmlərlə biz əhalinin pensiya sisteminə əlçatanlığını dəstəkləyə bilirik".
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































