
- A-
- A
- A+
Sosial müavinətlər kəskin artırılacaq – Yeni məbləğlər
2027-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə 3 yaşınadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 281 milyon manat vəsait nəzərdə tutulub. Bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 38% yaxud 77 milyon manat çoxdur.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, 77 milyon manatlıq artım gələn ildə uşağın anadan olmasına görə müavinətin məbləğinin 600 manatdan artırılaraq 1500 manata, sığorta olunanlar üçün dəfn xərclərinin cari 590 manatdan 700 manata qaldırılmasını, pensiyaçılar üçün dəfn müavinətlərinin məbləğinin 936 manatdan 1200 manata artırılmasını, 3 yaşınadək uşağa qulluğa görə müavinətin məbləğinin 37 manatdan 100 manata çatdırılmasını proqnozlaşdırmağa imkan verir.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































