
- A-
- A
- A+
Bu şəxslərə də məcburi köçkün statusu veriləcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” da dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən, işğaldan əvvəl işğal olunmuş rayonun sakini ilə evlənmiş kişilər də məcburi köçkün statusu və vəsiqəsi ala biləcəklər.
Belə ki, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara məcburi köçkün statusu verilirdi.
Eyni şərtlər məcburi köçkün statusu olan qadınlarla evlənmiş kişilərə də aid ediləcək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































