Edi Rama: “İran Albaniyadakı etirazlarda iştirak edir, bunun sübutları var”

Edi Rama: “İran Albaniyadakı etirazlarda iştirak edir, bunun sübutları var”

Hazırda oxunan: Edi Rama: “İran Albaniyadakı etirazlarda iştirak edir, bunun sübutları var”
646222
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İran Albaniyada keçirilən etiraz aksiyalarında iştirak edir və bununla bağlı sübutlar mövcuddur”.

Bizim.Media xəbər verir ki, bunu Albaniyanın Baş naziri Edi Rama bəyan edib.

O bildirib ki, iyun ayından indiyədək davam edən etirazlarda xarici qüvvələrin iştirakı reallıqdır.

“İranın bu etirazları təşkil etdiyini heç vaxt deməmişəm. Mən bildirmişəm ki, Tehrandakı cinayətkar rejimin əli bulvarda baş verən hadisələrdə var və bununla bağlı sübutlarımız mövcuddur. Bir daha aydınlıq gətirmək istəyirəm: heç bir halda xalqın mandatını almış, demokratik yolla seçilmiş baş nazirin istefası küçə etirazları vasitəsilə məcburi şəkildə təmin edilə bilməz”, – deyə Edi Rama vurğulayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO