Aİ Ukraynaya əlavə 4,3 milyard avro vəsait ayıracaq

Aİ Ukraynaya əlavə 4,3 milyard avro vəsait ayıracaq

Hazırda oxunan: Aİ Ukraynaya əlavə 4,3 milyard avro vəsait ayıracaq
646190
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqı (Aİ) Ukraynaya əlavə 4,36 milyard avro vəsait ayıracaq. Vəsait ölkənin dövlət büdcəsinə və ordunun ehtiyaclarına yönəldiləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "X" sosial şəbəkəsində bildirib.

“Ukrayna hərbi vəziyyət şəraitində beşinci qışa qədəm qoymaq üzrədir. Ukraynada ədalətli və davamlı sülhün əldə olunması istiqamətində səylər davam edərkən, Aİ-nin sarsılmaz dəstəyi qüvvədə qalır”, – deyə o qeyd edib.

Avropa Komissiyasının saytında bildirilib ki, yeni yardım 90 milyard avroluq kredit çərçivəsində ayrılıb. Bunun 3,7 milyard avrosu makroiqtisadi maliyyə yardımı, daha 660 milyon avrosu isə müdafiə sahəsinə yönəldiləcək.

Oktyabrın 16-da Ukrayna Prezidenti Volodimir Zelenski dövlət büdcəsindəki 70 milyard avroluq kəsirin qarşılanması üçün Avropa İttifaqından əlavə maliyyələşmə istəyib.

Daha sonra Avropa Şurasının sədri Antonio Koşta Aİ-nin bu məbləğin üçdə ikisini (təxminən 46,7 milyard avro) qarşılamağa hazır olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO