Azərbaycanda bəzi mənzillər vergidən azad edilir

Azərbaycanda bəzi mənzillər vergidən azad edilir

Hazırda oxunan: Azərbaycanda bəzi mənzillər vergidən azad edilir
646131
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir.

Bizim.Media xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə həmin binaların yerində inşa edilən yeni tikililərdən verilən yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb olunan gəlir hesab edilməyəcək.

Qaydaya əsasən, mülkiyyətçilərə yeni binadan əvvəlki əmlaklarının mülkiyyət sənədlərində göstərilən sahəyə uyğun kompensasiya xarakterli mənzil və ya qeyri-yaşayış sahəsi təqdim edilməsi üzrə dövriyyələr vergidən azaddır.

Eyni zamanda, mülkiyyətçiyə əvvəlki əmlakından daha böyük sahə verildiyi halda, sökülmüş yaşayış və ya qeyri-yaşayış sahəsinin 20 faizi həddində əlavə sahə də bu güzəştə daxildir.

Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan tikililərdə isə sahə hakimiyyət nümayəndələrinin iştirakı ilə aidiyyəti orqanlar tərəfindən rəsmiləşdirilmiş sənədlər əsasında müəyyən edilir.

Beləliklə, sökülən binadakı əmlakın əvəzinə yeni tikilidən kompensasiya olaraq verilən sahə mülkiyyətçi üçün vergiyə cəlb olunan gəlir sayılmır. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO