Bu gün "Formula 1"in qalibi bəlli olacaq

Bu gün "Formula 1"in qalibi bəlli olacaq

Hazırda oxunan: Bu gün "Formula 1"in qalibi bəlli olacaq

638814

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, ilk olaraq "Formula 2"də ikinci əsas yarış keçiriləcək.

Sonra "Formula 1"də qalibin adına aydınlıq gələcək. Beləliklə, Bakıdakı Qran-priyə yekun vurulacaq.

Qeyd edək ki, ötən gün "Formula 2"də "Dams Lukas Oil" komandasından Dino Beqanoviç sprint, "Rodin Motorsport"dan Aleks Dann birinci əsas yarışın qalibi olub.

"Formula 1"də isə "Mersedes" pilotu Corc Rassell sıralama turunda ən yaxşı nəticəni göstərmişdi.
 

Azərbaycan Qran-prisinədək "Mersedes"in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun Böyük Britaniyadan olan komanda yoldaşı Corc Rassell (211 xal) ikinci, "Ferrari"dən Lüis Hemilton (191 xal) üçüncüdür.


Konstruktorlar Kubokunda da "Mersedes" liderdir - 503 xal. "Ferrari" ikinci (358 xal), "Maklaren" (306 xal) üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Qran-prisində son günün proqramı:

26 sentyabr

11:00. "Formula 2": İkinci əsas yarış

15:00. "Formula 1": Əsas yarış.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO