Bəhreyn və Səudiyyə Ərəbistanındakı “Formula-1” Qran-priləri ləğv edildi

Bəhreyn və Səudiyyə Ərəbistanındakı “Formula-1” Qran-priləri ləğv edildi

Hazırda oxunan: Bəhreyn və Səudiyyə Ərəbistanındakı “Formula-1” Qran-priləri ləğv edildi
601578
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Formula-1” prezidenti Stefano Domenikali aprel ayında keçirilməsi planlaşdırılan Bəhreyn və Səudiyyə Ərəbistanı Qran Prilərinin ləğv edilməsi ilə bağlı açıqlamadan sonra rəsmi bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, Bəhreyn və Səudiyyə Ərəbistanında keçiriləcək “Formula-1” yarışları rəsmi olaraq ləğv edilib.
 

“Bu qərarı vermək çətin olsa da, təəssüf ki, Yaxın Şərqdəki vəziyyət nəzərə alınmaqla yeganə düzgün qərar idi. FIA-ya və gözəl təşkilatçılarımıza göstərdikləri dəstəyə və tam anlayışa görə təşəkkür etmək istəyirəm, çünki onlar yarışı xarakterik enerji və həvəslə keçirməyi səbirsizliklə gözləyirdilər. Həmçinin şərait imkan verən kimi geri qayıtmağı səbirsizliklə gözləyirik”, - Domenikali çempionatın rəsmi saytında bildirib.


Bəyanatda bu tədbirlərin əvəz edilməsindən bəhs edilmir, yəni 2026-cı il “Formula-1” mərhələləri 24-dən 22-yə endirilib.

“Formula-1” mövsümünün üçüncü mərhələsi bu həftə sonu Çində keçiriləcək. Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarışlar ləğv edildiyi üçün mövsümün dördüncü mərhələsi 3 mayda Mayamidə keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO