Formula 1 Azərbaycan Qran-Prisi: 10 dövrədən sonra “Ferrari"nin pilotu liderdir

Formula 1 Azərbaycan Qran-Prisi: 10 dövrədən sonra “Ferrari"nin pilotu liderdir

Hazırda oxunan: Formula 1 Azərbaycan Qran-Prisi: 10 dövrədən sonra “Ferrari"nin pilotu liderdir

211575

Formula 1 Azərbaycan Qran-Prisində əsas yarış davam edir.

Bizim.Media xəbər verir ki, “Ferrari”nin monakolu sürücüsü Şarl Lekler 10 dövrədən sonra liderdir.

“McLaren”in avstraliyalı pilotu Oskar Piastri ikinci, "Ferrari"nin digər üzvü ispaniyalı Karlos Sayns üçüncüdür.

Hazırda pilotların siyahısında “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. “McLaren”də çıxış edən Lando Norris 241 xalla ikinci yerdədir. İlk “beşliy”i isə 217 xalla Şarl Lekler (“Ferrari”), 197 xalla Oskar Piastri (“McLaren”), 184 xalla Karlos Sayns (“Ferrari”) tamamlayırlar.

Konstruktorlar kubokuna isə 446 xalla “Red Bull” komandası başçılıq edir. “McLaren” 438 xalla ikinci, “Ferrari” 407 xalla üçüncü sırada yer alıblar. Sonrakı yerlərdə “Mercedes” (292), “Aston Martin” (74), RB (34), “Haas” (28), “Alpine” (13), “Uilliyams” (6) və “Sauber” (0) komandaları qərarlaşıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO