Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər SATILDI

Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər SATILDI

Hazırda oxunan: Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər SATILDI
210871
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024-ə olan maraq gözləntiləri üstələyib.

Bakı Şəhər Halqası (BHŞ) Əməliyyat Şirkətindən Bizim.Media-ya verilən məlumata görə, sentyabrın 13-15-də keçiriləcək yarışa bütün tribuna biletləri satılıb.

Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına "Zəfər" və "Qız Qalası" tribunaları əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb.

Builki yarış yalnız azarkeşləri deyil, bütün dünyanın diqqətini yenidən Bakıya yönəldəcək. Azərbaycan Qran-Prisi azarkeşlərə təkcə bolidlərin səs-küyünü deyil, həm də xüsusi əyləncə proqramları ilə dolu bir həftəsonu vəd edir. Dördgünlük bilet sahibləri yarışı izləməklə yanaşı Pit zolağı gəzintisi və sentyabrın 13-14-də baş tutacaq dünya ulduzlarının konsert proqramlarında iştirak edəcəklər.

Formula 1 Azərbaycan Qran-Prisi Bakı küçələrində daha bir möhtəşəm rəqabətə hazırlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO