“Formula 1”: Azərbaycan Qran-prisi üçün bilet satışına BAŞLANILDI

“Formula 1”: Azərbaycan Qran-prisi üçün bilet satışına BAŞLANILDI

Hazırda oxunan: “Formula 1”: Azərbaycan Qran-prisi üçün bilet satışına BAŞLANILDI

178993

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti “Formula 1” “Qatar Airways” Azərbaycan Qran-prisi üçün “early bird” erkən bilet satışına start verib.

Bizim.Media xəbər verir ki, azarkeşlər seçilmiş tribunalara 20 faizədək endirim fürsətindən eksklüziv olaraq “Baku City Circuit” mobil tətbiqi üzərindən faydalana biləcəklər.

Kampaniya martın 5-dək davam edəcək. Azarkeşlərə 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi bileti də təqdim ediləcək.

Bundan əlavə, mobil tətbiq vasitəsilə istifadəçilər yarışın nəticələri, yarış həftəsində keçiriləcək əyləncə proqramları və trekətrafı yolların açılması və bağlanması ilə bağlı bildirişləri ilk əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycanın 8-ci dəfə ev sahibliyi edəcəyi “Formula 1” Qran-prisi sentyabrın 13-15-də baş tutacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO