“Formula 1”: Azərbaycan Qran-prisinin qaliblərinə mükafat verildi - VİDEO

Hazırda oxunan: “Formula 1”: Azərbaycan Qran-prisinin qaliblərinə mükafat verildi - VİDEO

133598

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar.

Bizim.Media xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəhər Halqasının icraçı direktoru Maqsud Fərzullayev, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi iştirak ediblər.

Onlar Bakı trekini ilk üç pillədə başa vuran pilotlara mükafatlarını təqdim ediblər.

Azərbaycan Qran-prisinin qalibi “Red Bull” komandasının sürücüsü Serxio Peres olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü yeri tutaraq, podiuma çıxıblar.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO