Azərbaycan Qran-prisi: Ferstappen sərbəst yürüşdə birinci oldu - YENİLƏNİB 

Hazırda oxunan: Azərbaycan Qran-prisi: Ferstappen sərbəst yürüşdə birinci oldu - YENİLƏNİB 

133273

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.  

Bizim.Media xəbər verir ki, bir saat davam edən mübarizədə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib.  

"Ferrari"dən Şarl Lekler ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü olub. 

İlk "beşliy"i müvafiq olaraq Leklerin komanda yoldaşı Karlos Sayns və "Mclaren"dən Lando Norris tamamlayıb. “Haas”dan Kevin Maqnussen və "Alpin"dən Pyer Qasli yarışı sonadək davam etdirə bilməyiblər.  
Qeyd edək ki, bu gün "Formula 1"də sıralama turu da təşkil olunacaq. 

*** 13:42

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 komandalarının sərbəst yürüşü start götürüb. 

Bizim.Media xəbər verir ki, sərbəst yürüş bir saat davam edəcək. 

Qeyd edək ki, bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürüb. 28-30 aprel tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilir. 
Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq. 

Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO