“Azərbaycan Qran-prisi bizim üçün yeni yolun başlanğıcı olacaq” - Hemilton 

Hazırda oxunan: “Azərbaycan Qran-prisi bizim üçün yeni yolun başlanğıcı olacaq” - Hemilton 

133259

“Azərbaycan Qran-prisi indiyə qədərki ən maraqlı həftəsonu olacaq”. 

Bizim.Media xəbər verir ki, bunu “Formula-1” üzrə dünya çempionatında çıxış edən “Mercedes” komandasının pilotu Lyuis Hemilton deyib. 

Aprelin əvvəlində Avstraliya Qran-prisində ikinci yeri tutan britaniyalı sürücü bu uğurunu Bakıda da davam etdirmək niyyətində olduğunu bildirib: 

“Düzdür, eyni avtomobillə yarışacağıq, ancaq mütləq təkmilləşdirmə olacaq. Mövsümün əvvəlindəki yerimizdə qalmayacağıq. Arxa planda çox iş görüldü. Son yarış da əla alındı. Bunu təkrarlamaq asan olmayacaq. Digər komandaların pilotları da sürətlidirlər. Bakıdakı yarış bizim üçün yeni bir yolun başlanğıcı olacaq”. 
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisində əsas yarış aprelin 30-da olacaq




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO