Bakı Formula 2 üzrə sərbəst YÜRÜŞ - Oliver Berman qələbə çaldı 

Hazırda oxunan: Bakı Formula 2 üzrə sərbəst YÜRÜŞ - Oliver Berman qələbə çaldı 

133249

Aprelin 28-də Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında keçirilən Formula 2 üzrə sərbəst yürüş başa çatıb. 

Bizim.Media xəbər verir ki, 45 dəqiqə davam edən sərbəst yürüşdə “Preme Racing” komandasının pilotu Oliver Berman birinci olub.

“Hitech”in üzvü İsak Hajar yarışı ikinci, “Campos Racing”dən Kuş Maini üçüncü pillədə başa vurublar. 

Bu gün saat 13:30-dan 14:30-dək Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 15:00-da Formula 2-nin, 17:00-da isə Formula 1-in sıralanma turu başlayacaq. 

Formula 2 yarışında 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir. 

Ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda Formula 1 və Formula 2 yarışları keçirilməyib. 2021-ci ildə isə yarışlar tamaşaçısız keçib. 
Formula 2 çempionatı 14 mərhələdən ibarətdir. Yarışa noyabrın 24-26-da Əbu-Dabidə keçiriləcək yürüşlə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO