\"Formula 1\": Azərbaycan Qran Prisi üçün yeni biletlər satışa çıxarıldı

Hazırda oxunan: \"Formula 1\": Azərbaycan Qran Prisi üçün yeni biletlər satışa çıxarıldı

132936

"Formula 1" üzrə Azərbaycan Qran Prisinin konsert proqramına yeni biletlər satışa çıxarılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Bizim.Media-ya verilən məlumata görə, dünya ulduzları DJ Don Diablo və DJ Hardvellin konsertləri üçün nəzərdə tutulan biletlərin sayı məhdud, qiyməti isə 150 AZN-dir.

DJ Don Diablo aprelin 28-də, DJ Hardvell isə bir gün sonra Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə "Formula 1" həftəsonunun açılışını edərək canlı şoularını sərgiləyəcək.

Qeyd edək ki, bilet sahibləri həm də fan zonaya giriş əldə edə biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO