“Formula-1” Azərbaycan Qran-Prisinin yenilənmiş TƏQVİMİ

“Formula-1” Azərbaycan Qran-Prisinin yenilənmiş TƏQVİMİ

Hazırda oxunan: “Formula-1” Azərbaycan Qran-Prisinin yenilənmiş TƏQVİMİ
132802
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq Avtomobil Federasiyası (FIA) aprelin 28-30-da keçiriləcək “Formula-1” Azərbaycan Qran-Prisinin yenilənmiş təqvimini açıqlayıb.

Bizim.Media xəbər verir ki, federasiyanın avtoidman üzrə şurasının qərarına əsasən, Azərbaycan Qran-Prisində iki təsnifat yürüşü təşkil olunacaq.

Aprelin 28-də saat 13:30-dan 14:30-dək sərbəst yürüş keçiriləcək. Saat 17:00-dan 18:00-dək Azərbaycan Qran-Prisində pilotların düzülüşünü müəyyənləşdirəcək təsnifat yarışı təşkil ediləcək.

Aprelin 29-da saat 12:30-dan 13:30-dək sprint yarışı üçün təsnifat, saat 17:30-dan 18:30-dək sprint yürüşü baş tutacaq.

Aprelin 30-da isə saat 15:00-da Azərbaycan Qran-Prisinə start veriləcək.

Qeyd edək ki, üç mərhələdən sonra pilotların sıralamasında 69 xalla “Red Bull Racing”in sürücüsü Maks Ferstappen birincidir. Hesabında 54 xal olan Serxio Peres (“Red Bull Racing”) ikinci, 45 xalla Fernando Alonso (“Aston Martin”) isə üçüncü pillədə qərarlaşıblar.

Konstruktorlar kubokunda ilk üçlükdə “Red Bull Racing”, “Aston Martin” və “Mercedes” yer alıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO