"Seçilən yola sədaqətimizi bizim həlak olan qardaşlarımız hər an görür. Belarus hər şeydən öncədir!.."
Ukrayna tərəfində döyüşən belaruslar yeni "Belarus könüllülər korpusu" yaradıblar.
Moderator.az xəbər verir ki, bu barədə onun liderləri İqor "Yanki" Yankov, Andrey "Bessmertnı" Tratsevski və Rodion "Gena" Batulin məlumat verib.
"Belarus könüllülər korpusu"nun liderləri bəyan edib ki, onların məqsədi Ukraynanın və Belarusun Rusiyadan xilas edilməsidir.
"Biz, Ukraynada Belarus könüllüləri, "Belarus könüllülər korpusu"nun yaradılması haqqında bəyan edirik. Məqsədimiz Ukrayna və Belarusun Rusiya əsirliyindən azad edilməsidir", - onlar deyib.
Döyüşçülərin sözlərinə görə, bu niyyət hər gün cəbhədə rusiyalı hərbçilərin məhv edilməsi ilə təsdiq edilir, hərbçilərin sıraları isə daima artmaqdadır.
"Seçilmiş yola sədaqətimizi bizim həlak olan qardaşlarımız hər an görür. Belarus hər şeydən öncədir!" - yeni birliyin liderləri bəyan edib və "Belarus könüllülər korpusu"nun yaradılması barədə bəyanat imzalayıb
"Militarnı" nəşrinin yazdığına görə, bundan öncə Belarus könüllüsü İqor Yankov Ukraynanı ərazi müdafiəsinin Beynəlmiləl legionuna aid "Titan" bölməsinin tərkibində müdafiə edib.
Öz növbəsində Rodion Batulin Belarusun Kastus Kalinovski adına Belarus alayından çıxan "Teror" bölməsini təmsil edib.
Kastus Kalinovski adına alay Ukraynada Belarus könüllülərinin ən böyük bölməsidir. O, martın 9-da "Belarus" taktiki qrupunun döyüşçülərindən tabor kimi yaradılıb. 2022-ci ilin mayında tabor iki "Teror" və "Volat" tabordan ibarət alaya çevrilib.
Tezliklə "Teror" müstəqil bölməyə çevrilib və Kalinovski taborundan ayrılıb. Hələlik, Kalinovski alayının Belarusun yeni bölməsinin yaradılması üzrə mövqeyi, onların əməkdaşlıq edəcəyi və ya birləşəcəyi bəlli deyil.
Bundan öncə Belarus müxalifətçisi, Svetlana Tixanovskayanın müşaviri Franak Vyaçorka bəyan edib ki, Putin və Lukaşenko Ukraynaya qarşı ikinci cəbhə açmağa və Belarus hərbçilərini ön cəbhəyə atmağa hazır deyil. Çünki bu, elitaların parçalanmasına, yeni etirazlara, kütləvi fərariliyə gətirib çıxaracaq.


































































































