Daha bir epidemiya gəlir? - ÜST AÇIQLADI

Daha bir epidemiya gəlir? - ÜST AÇIQLADI

Hazırda oxunan: Daha bir epidemiya gəlir? - ÜST AÇIQLADI
84213
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qanada yayılan Marburq virusunu epidemiya elan edib. 

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, buna ölkədə ölən iki nəfərin Ebolaya bənzər yüksək yoluxucu xəstəlik olan Marburq virusu üçün verilən test nəticəsinin müsbət çıxması səbəb olub. 

Belə ki, Seneqaldakı laboratoriya tərəfindən təsdiqlənən nəticələrə əsasən, cənub Aşanti bölgəsindəki iki xəstənin hər ikisində ölməzdən əvvəl ishal, qızdırma, ürəkbulanma və qusma kimi simptomlar olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Meymunçiçəyi pandemiya elan edildi


ÜST-ün açıqlamasına görə, BMT-nin səhiyyə agentliyinin laboratoriyası da Qanadakı Noquçi Memorial Tibbi Tədqiqatlar İnstitutunun nəticələrini təsdiqləyib.  

ÜST-ün Afrika üzrə Regional Direktoru Dr. Matshidiso Moeti səhiyyə orqanlarının mümkün bir epidemiyaya hazırlaşmağa tez bir zamanda reaksiya verdiklərini bildirib: 

“Bu yaxşıdır, çünki dərhal və qətiyyətli hərəkətlər olmadan Marburq asanlıqla nəzarətdən çıxa bilər. ÜST səhiyyə orqanlarını dəstəkləyir və indi epidemiya elan edildikdən sonra biz cavab tədbirləri üçün daha çox resurs yığırıq”. 

ÜST bildirib ki, Ebola ilə eyni ailədən olan çox yoluxucu hemorragik qızdırma, insanlara meyvə yarasaları tərəfindən yoluxur. İnsanlar arasında yoluxmuş insanların bədən mayeləri və səthləri ilə birbaşa təmas yolu ilə yayılır. 

Məlumat üçün bildirək ki, 1967-ci ildən bəri, əsasən Afrikanın cənubunda və şərqində bir neçə dəfə böyük Marburq epidemiyası baş verib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO