Dünyada koronavirusa yoluxanların sayı 670 milyon nəfərə çatdı

Dünyada koronavirusa yoluxanların sayı 670 milyon nəfərə çatdı

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 670 milyon nəfərə çatdı
114309
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyada koronavirusa yoluxanların sayı 669 608 939 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya ayrı-ayrı ölkələrin koronavirusa yoluxma üzrə səhiyyə orqanlarının statistikasında yer alıb.

Məlumata görə, dünyada pandemiya ərzində COVID-19-dan ölənlərin sayı 6 718 557-yə, koronavirusa yoluxanların ümumi sayı 640 930 564 nəfərə çatıb.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda pandemiya ərzində 103 151 843 insan təhlükəli virusa yoluxub. ABŞ həm də dünyada COVID-19-dan ölüm sayına görə birincidir – 1 121 725.
Dünyada COVID-19-a yoluxma üzrə siyahıda ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiyanın bu ölkəsində ümumilikdə 44 681 523 insanda virus aşkarlanıb. Yoluxma üzrə siyahıda üçüncü yerdə Fransa (39 421 144), dördüncü yerdə Almaniya (37 562 191) qərarlaşıb. Siyahıda sonrakı yerləri Braziliya (36 560 497), Yaponiya (30 846 732) və digər ölkələr qərarlaşıb.

Dünyada COVID-19-dan ölüm üzrə siyahıda ikinci yerdə Braziliya (695 031), üçüncü yerdə Hindistan (530 722), dördüncü yerdə Rusiya (394 214) və digər ölkələr qərarlaşıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb.
ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO