“Nəsimi çoxları üçün dərk edilən şair deyil...”

“Nəsimi çoxları üçün dərk edilən şair deyil...”

Hazırda oxunan: “Nəsimi çoxları üçün dərk edilən şair deyil...”
254933
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Düşünürəm ki, təkcə Azərbaycanda yox, bütün dünyada 2019-cu ildə Nəsimini dərk edib, sevəcəklər”

Bunu Moderator.az-a açıqlamasında filologiya elmləri doktoru Vaqif Yusifli ölkə başçısının böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi ili” elan etməsinə münasibət bildirərkən deyib:

“Həmişə Nəsimi haqqında söhbət düşəndə Əli Kərimin “Şəhidliyin zirvəsi” şeirini xatırlayıram:xa0

“Alı yüz ildir bəşər, ağrılardan inildər,xa0
Tapa bilmir ki, bilmir, o sirri xudanı...”.

Nəsimi poeziyası da başdan-ayağa o sirri xudaya gedən yol deməkdir. Onun poeziyası haqqı, ədaləti kainatı dərk etməyin, insalara yol göstərməsinin bir can atmasıdır. O, Azərbaycan poeziyasında böyük şairlərdən biridir. Nizami Gəncəvi, Məhəmməd Füzuli və İmadəddin Nəsiminin adları bir çəkilir. Nəsimi poeziyasını başdanayağa oxumuşam. Onun hürufizmi təbliğ edən şeirləri, həm də belə sanki bu gün yazılan şeirləri arasında böyük obrazını görmüşəm.xa0

Nəsimi deyirdi ki, “Mənəm haqq, mənəm Allah”, yəni o, Allahı inkar etmirdi, sadəcə olaraq insanda görürdü. “Səni bu hüsni-camal ilə, bu lütf ilə görüb, qoxdular haqq deməyə, döndülər insan dedilər...”. Nizamidən sonra insana ən böyük qiyməti Nəsimi verib. Allah öz qüdrətini bəyan etmək üçün insanı yaradıb və Nəsimi də həmin insanı tərənnüm edib.xa0

Ölkə başçısının 2019-cü ili “Nəsimi ili” elan etməsi təqdirəlayiqdir. Çünki Nəsimi çoxları üçün dərk edilən şair deyil. Bu bir ildə Nəsiminin böyüklüyünün, dahiliyinin dərk edilməsi mənasında yerində verilmiş çox böyük bir sərəncamdır. Düşünürəm ki, təkcə Azərbaycanda yox, bütün dünyada 2019-cu ildə Nəsimini dərk edib, sevəcəklər”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO