Hulusi Akardan Yunanıstanla bağlı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

Hulusi Akardan Yunanıstanla bağlı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

Hazırda oxunan: Hulusi Akardan Yunanıstanla bağlı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ
96246
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Tarix yunanıstanlı siyasətçilərin uydurmalarını yox, onların əllərinin körpələrin qanına batdığını yazacaq”. 

Bizim.Media "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar yüksəkrütbəli rəsmilərlə keçirdiyi toplantıda deyib. 

O, Yunanıstana xəbərdarlıq edib:

“Prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Egeyi məzarlığa çevirən Yunanıstana beynəlxalq qurumlar sanksiya tətbiq etməlidir. Beynəlxalq ictimaiyyət Yunanıstanın bu addımlarına “dayan!” deməlidir”. 

Nazir qarşı tərəfi danışıqlar masasına dəvət edib:

“Yunanıstan Türkiyəni təhdid olaraq yox, təhlükəsiz və effektiv müttəfiq, qonşu kimi görməlidir. Bu, həm özünün, həm regionun, həm də NATO-nun xeyrinə olar. Yunan xalqı da əmin olmalıdır ki, Türkiyə Yunanıstanla sülhə istiqamətlənmiş gələcəyin tərəfdarıdır. Üçüncü tərəflərdən də gözləntimiz məsələyə beynəlxalq hüquqa və məntiqə uyğun, tərəfsiz və obyektiv yanaşmalarıdır”. 

H.Akar vurğulayıb ki, Türkiyə Şimali Kipr də daxil olmaqla, Egey və Aralıq dənizinin şərqində hüquq və mənfəətlərini qorumaqda qərarlıdır və buna qadirdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO