Korotçenko Qabrelyanova: “Niyə banlamırsan, Avropa İttifaqının sanksiyalarından qorxursan?”

Korotçenko Qabrelyanova: “Niyə banlamırsan, Avropa İttifaqının sanksiyalarından qorxursan?”

Hazırda oxunan: Korotçenko Qabrelyanova: “Niyə banlamırsan, Avropa İttifaqının sanksiyalarından qorxursan?”

91935

“Aram Qabrelyanov banlamağı niyə dayandırıb? Avropa İttifaqının sanksiyalarına məruz qalmaqdan və Parisdəki mənzilinizi itirməkdən qorxursunuz? Səsini ucalt, xoruz!”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri rusiyalı siyasi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Facebook sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, erməni mənşəli rusiyalı jurnalist Aram Qabrelyanov daim Azərbaycan və onun Silahlı Qüvvələrinə dair saxta video və fotoların hazırlanmasında mühüm rol oynayıb.

Ermənistanın dezinformasiya və feyk məlumatlar “istehsal”ında Rusiyadakı “Life News” media holdinqinin sahibi olan bu şəxs İkinci Qarabağ müharibəsi günlərində öz rolunu daha da aktivləşdirmişdi.

Qabrelyanovun İrəvana ezam olunmuş 6 nəfər əməkdaşı orada bilavasitə feyk istehsalı ilə məşğul olan qrupda yer almışdı. Bu “istehsal”a fotolar, videolar, səs yazıları, sosial şəbəkədə paylaşımlardan skrinşotlar və s. daxil idi.

Aram Qabrelyanova məxsus “VarGonzo” layihəsinin jurnalisti Semyon Peqov da müharibə dövründə dəfələrlə  Xankəndi şəhərinə və işğal altında olan digər yaşayış məntəqələrinə gələrək ölkəmizə qarşı saxta reportajlar hazırlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO