“Təmiz Şəhər”x9d ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda məişət tullantıları arasından silah-sursat hissələri aşkar olunub.xa0
Bu barədə Oxu.Az-a “Təmiz Şəhər”x9ddən bildirilib.xa0
Bakıdan toplanmış tullantıların çeşidlənməsi zamanı son 2 gündə tapılan avtomat və tapança güllələri, müxtəlif silah hissələri avqustun 5-də polisə təhvil verilib.
“TəmizŞəhər”x9d ASC-in polisə təhvil veridyi silah-sursat hissələri bunlardır:
- 60 ədəd 5.45 çaplı patron
- 189 ədəd 7.62 çaplı patron
- 31 ədəd kiçik çaplı patron
- 3 ədəd 30 mm çaplı mərmi
- 1 ədəd avtomat darağı
- 1 ədəd F1 əl qumbarasının korpusuxa0
- 1 ədəd pnevmatik tapança
- 1 ədəd tüstü fişəngi
Qeyd edək ki, “Təmiz Şəhər”x9d ASC-ə aid xa0tullantıların çeşidlənməsi zavodu paytaxtdan toplanmış tullantıları kağız, şüşə, plastik, metal və s. formada ayrı-ayrı yığılır.
Daha sonra onlardan xammal kimi istifadə edərək yeni məhsullar hazırlanmaq üçün müxtəlif təkrar emal müəssiəsələrinə göndərilir. İş prosesi zamanı tullantılar arasından vaxtaşırı olaraq tullantı hesab olunmayan xa0əşyalar aşkarlandıqda aidiyyatı qurumlara təhvil verilir.

































































































