36 il lotereyada eyni nömrələri yazdı – 20 MİLYON CEKPOTU UDDU

36 il lotereyada eyni nömrələri yazdı – 20 MİLYON CEKPOTU UDDU

Hazırda oxunan: 36 il lotereyada eyni nömrələri yazdı – 20 MİLYON CEKPOTU UDDU
88781
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kanadanın Ontario ştatının Toronto şəhərinin sakini 36 il ərzində eyni nömrələrlə lotereya oynayıb. Bu isə ona cekpotu udaraq varlanmağa kömək edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “CTV News” nəşri yayıb.

Stephen Dixon üç onillik ərzində lotereyada ailəsinin doğum tarixlərini yazıb. Sonda kişi 20 milyon Kanada dolları udub.

Son bileti o, ərzaq mağazasından alıb. Uduşun məbləğini görən kanadalı bunun növbəti tirajın reklamı olduğuna qərar verib. Satıcı qadın bileti yoxlayıb və deyib:

“Aman Allahım, sən böyük mükafat qazandın!”. Qadın rəqs etməyə başlayıb, alıcılar kişiyə yaxınlaşaraq qələbə münasibətilə onu təbrik ediblər.

“Mən heyrətə gəldim və maşına əyləşdim, necə şokda olduğumu anlamağa başladım. İndi anladım ki, reklamlarda insanlar necə sevinirlər”, deyə kişi bildirib.

O, arvadına cekpotu qazandığını deyəndə qadın inanmayıb.

“Zarafat etdiyimi düşündü" deyə kanadalı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO