ABŞ meymunçiçəyinə görə fövqəladə vəziyyətə hazırlaşır

ABŞ meymunçiçəyinə görə fövqəladə vəziyyətə hazırlaşır

Hazırda oxunan: ABŞ meymunçiçəyinə görə fövqəladə vəziyyətə hazırlaşır
85624
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Co Baydenin administrasiyası meymunçiçəyi epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan olunması barədə müzakirələr aparır. Həmçinin virusun yayılması ilə bağlı mübarizə üzrə Ağ Evə koordinatorun təyin edilməsi də planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu ölkədə bir sıra siyasətçilər hesab edirlər ki, fövqəladə vəziyyət rejiminin tətbiqi virusun yayılması ilə bağlı daha dəqiq məlumat toplamağa imkan verəcək.

Digərləri isə bu qərarın problemləri həll edə bilməyəcəyi qənaətindədirlər.

İyulun 23-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus meymunçiçəyinin yayılması ilə bağlı beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.

Avropada bu risk daha yüksəkdir. Dünyanın digər bölgələrində epidemiya orta dərəcədə risk təşkil edir.

ÜST-ün məlumatına görə, dünyada 16 836 təsdiqlənmiş meymunçiçəyi hadisəsi var ki, bu da 74 ölkədə təsbit olunub. (Medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO