Rus hərbçisinin sonuncu qurbanı öldü ”“  Ermənistanda

Rus hərbçisinin sonuncu qurbanı öldü ”“ Ermənistanda

Hazırda oxunan: Rus hərbçisinin sonuncu qurbanı öldü ”“ Ermənistanda

67390
Rus hərbçi Valeri Permyakovun Gümrü şəhərində Avetisyan ailəsinin yaşadığı evə hücumu nəticəsində yaralanmış 6 aylıq Seryoja Avetisyan xəstəxanada dünyasını dəyişib

AzVision.az-ın erməni KİV-nə istinadən xəbər verir ki, artıq faktı Ermənistan Səhiyyə Nazirliyi də təsdiqləyib. 

Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO