NATO Rusiya ilə sərhədə əlavə qoşun göndərdi - VİDEO

Hazırda oxunan: NATO Rusiya ilə sərhədə əlavə qoşun göndərdi - VİDEO

66283

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda NATO rəhbərliyi Alyansın Şərq sərhədlərini (Rusiyaya yaxın ərazi) gücləndirmək barədə qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Alyansın tviter səhifəsində yazılıb.

Məlumata görə, NATO Estoniya, Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Ruminiya və Bolqarıstana əlavə canlı qüvvə və texnika, o cümlədən qırıcı təyyarələr göndərib.

“Rusiyanın Ukraynaya hücumu ilə əlaqədər təhlükəsizliyimiz üçün yeni reallıqlar yaranıb. NATO buna uyğun olaraq Alyansın Şərq hissəsində müdafiə mövqelərini gücləndirib. Oraya daha çox qoşun, təyyarə və gəmi cəlb olunub”, - NATO-dan bildirilib.

NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının hazırda Brüsseldə davam edən fövqəladə iclasının açılış nitqində deyib ki, həmin qüvvələr lazım olan vaxtadək orada qalacaqlar.


 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO