Dənizin dibində 2 min illik üzük tapıldı

Dənizin dibində 2 min illik üzük tapıldı

Hazırda oxunan: Dənizin dibində 2 min illik üzük tapıldı

641511

Misirdə arxeoloqlar Aralıq dənizinin dibində, İsgəndəriyyənin sualtı xarabalıqları arasında təxminən 2 min illik tunc möhür üzük aşkar ediblər.

Bizim.Media Publika.az-a istinadən  xəbər verir ki, üzüyün üzərində antik dünyanın yeddi möcüzəsindən biri olan İsgəndəriyyə mayakının təsvirinin olduğu ehtimal edilir.

Misirin Ali Qədim Əsərlər Şurasının baş katibi Hişam əl-Litinin sözlərinə görə, üzərində qədim mayak təsviri olan möhür üzük indiyədək arxeoloqlar tərəfindən aşkar edilməyib.

Eramızdan əvvəl III əsrdə Faros adasında inşa edilən İsgəndəriyyə mayakının hündürlüyü 120-140 metrə çatıb. Tarixi abidə XIV əsrə qədər baş verən bir sıra zəlzələlər nəticəsində dağılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO