Dənizin dibində 2 min illik üzük tapıldı

Dənizin dibində 2 min illik üzük tapıldı

Hazırda oxunan: Dənizin dibində 2 min illik üzük tapıldı

641417

Misirdə arxeoloqlar Aralıq dənizinin dibində, İsgəndəriyyənin sualtı xarabalıqları arasında təxminən 2 min illik tunc möhür üzük aşkar ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Bildirilib ki, üzüyün üzərində antik dünyanın yeddi möcüzəsindən biri olan İsgəndəriyyə mayakının təsvirinin olduğu ehtimal edilir.

Misirin Ali Qədim Əsərlər Şurasının baş katibi Hişam əl-Litinin sözlərinə görə, üzərində qədim mayak təsviri olan möhür üzük indiyədək arxeoloqlar tərəfindən aşkar edilməyib.

Eramızdan əvvəl III əsrdə Faros adasında inşa edilən İsgəndəriyyə mayakının hündürlüyü 120-140 metrə çatıb. Tarixi abidə XIV əsrə qədər baş verən bir sıra zəlzələlər nəticəsində dağılıb. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO