Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

Hazırda oxunan: Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

640679

Brexit referendumundan keçən 10 il ərzində gözlənilən iqtisadi qazancın əldə olunmaması və miqrasiyaya nəzarətin təmin edilməməsi Böyük Britaniyada Avropa İttifaqına (Aİ) qayıdış müzakirələrini yenidən gündəmə gətirib.

Bizim.Media xəbər verir ki, iyun ayında Keir Starmerin istefasından sonra iyul ayında hakimiyyətə gələn baş nazir Endi Bernhem (Andy Burnham) Aİ-yə qayıdış variantının gələcək illərdə seçki manifestinə daxil ola biləcəyini istisna etməyib.

O, Brexit-in ölkənin iqtisadi artımına vəd edilən nəzarəti təmin etmədiyini vurğulayıb.

Bernhem Aİ ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi çərçivəsində Norveç, İsveçrə, Kanada modellərindən tutmuş gömrük ittifaqı, vahid bazar və tam üzvlüyə qədər hər bir variantın müzakirə olunacağını qeyd edib.

 

Xatırladaq ki, 2016-cı ildə keçirilən referendumda səslərin 51.9%-i ilə başlayan ayrılıq prosesi 2020-ci ildə tamamlanmışdı. Lakin aradan keçən illər ərzində ticarət intensivliyinin aşağı düşməsi, miqrasiya axınının səviyyəsinin dəyişərək qeyri-Aİ ölkələrindən gələnlərlə əvəzlənməsi vəziyyəti dəyişib.

 

Siyasətçilər hesab edirlər ki, Britaniya yenidən İttifaqa qayıdacağı təqdirdə əvvəlki güzəştləri əldə edə bilməyəcək və çətin bir proseslə üz-üzə qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO