Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Hazırda oxunan: Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

640360

Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi husilərin son dövrlərdə ələ keçirdiyi ərazilərin geri qaytarılması məqsədilə hərbi kampaniyaya başlanıldığını açıqlayıb.

Bizim.Media  xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

"Deeskalasiya üçün bütün imkanlar tükəndikdən sonra husilərin silahlı dəstələrinə qarşı mübarizəyə məsuliyyəti öz üzərimizə götürəcəyik. Qələbəyə nail olmaq üçün dövlət qurumları tam döyüş hazırlığı vəziyyətinə gətiriləcək. Geri qaytaracağımız hər bir şəhərdə bərpa və yenidənqurma mərhələsi başlayacaq. Həmçinin bütün dünyanın adından su yollarını  qoruyacağıq", – deyə o bildirib.

Yəmən lideri "Ənsar Allah" qruplaşmasının tərəfdarlarına silahlarını könüllü şəkildə təhvil verəcəkləri təqdirdə amnistiya vəd edib.

"Silahı yerə qoyan hər kəsin təhlükəsiz şəkildə geri qayıtmasına və amnistiyaya zəmanət veririk", – deyə əl-Əlimi vurğulayıb.

Əl-Əlimi həmçinin əhalini, müttəfiqləri və beynəlxalq ictimaiyyəti Yəmənə dəstək göstərməyə çağırıb. O bildirib ki, ölkənin beynəlxalq səviyyədə tanınan hökuməti husilərin qarşısını alacaq.

"Biz husilərin nəzarətində olan ərazilərdə yaşayan xalqımızı Yəmən Silahlı Qüvvələri ilə əməkdaşlıq etməyə çağırırıq", – deyə o qeyd edib.

Qeyd edək ki, husilərlə Yəmən hökumət qüvvələri arasında silahlı qarşıdurma 2014-cü ilin avqustundan davam edir. Hazırda hökumət qüvvələri ilə husilər arasında toqquşmalar daha da şiddətlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO