Məşhur amerikalı aktyor Brüs Uillisin yeni fotosu paylaşılıb.
Bizim.Media xəbər verir ki, həyat yoldaşı Emma Heminq özünün instaqram hesabında ərinin istirahət zamanı çəkilmiş şəklini paylaşıb.
Emma öz paylaşımında frontal-temporal demensiyadan əziyyət çəkən insanları və onların ailələrini dəstəkləməyə çağırıb.
“Bryus mənim fəaliyyətimi dəstəkləyən güclü bir qüvvədir. O, bu işdə mənim üçün çox qapılar açıb və mən onlardan keçməyə davam edirəm. Onun diaqnozunun boşa getməsinə yol verməyəcəyəm. Bilirəm ki, o, frontal-temporal demensiya və demensiyanın digər formalarıyla yaşayan ailələrə, eləcə də onların həyat yoldaşlarına - onların görünməsi və eşidilməsi üçün kömək etdiyinə nə qədər qürur duyardı. O, əfsanədir və həmişə əfsanə olaraq qalacaq. Mən onunla və onun həyat yoldaşı olmağımla çox qürur duyuram”, - Emma yazıb.
Qeyd edək ki, Brüs Uillisə 2023-cü ildə demensiya diaqnozu qoyulub. Bu xəstəlik özünü emosional və sosial bacarıqların itirilməsi ilə büruzə verir.
Ağır formalarında isə xəstələr ən doğma insanlarını belə tanımamağa başlayır. (qafqazinfo.az)


Bizim.Media

- A-
- A
- A+
Dünya
13:19 / 03.10.2026
“O, həmişə əfsanə olaraq qalacaq” - Foto
Hazırda oxunan: “O, həmişə əfsanə olaraq qalacaq” - Foto
Hazırda oxunan: “O, həmişə əfsanə olaraq qalacaq” - Foto
640176
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































