Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Hazırda oxunan: Vanqanın 2027-ci il proqnozu üzə çıxdı
639961
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vanqaya aid edilən 2027-ci il proqnozu sosial şəbəkələrdə və internetdə yenidən gündəmə gəlib.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, yayılan iddialara görə, 2027-ci ildə qlobal iqtisadiyyatda ciddi maliyyə böhranı yaşana bilər.

Belə bir ssenaridə bank sisteminə inamın azalacağı və investorların qızıl kimi daha təhlükəsiz hesab olunan aktivlərə yönələcəyi iddia edilir.

Bu isə qızılın qiymətində kəskin artıma səbəb ola biləcək ssenarilərdən biri kimi təqdim olunur. Bəzi internet mənbələrində hətta qızılın 25-40 faiz bahalaşa biləcəyi irəli sürülür.

Qeyd edək ki, 1996-cı ildə vəfat edən Vanqaya illər ərzində müxtəlif proqnozlar aid edilib. Onun adına yayılan bir çox peyğəmbərliyin ilkin mənbələrlə təsdiqlənmədiyi bildirilir.

Mütəxəssislərin yanaşmasına görə isə qızılın qiymətinə faiz dərəcələri, dolların məzənnəsi, mərkəzi bankların siyasəti və geosiyasi vəziyyət də daxil olmaqla bir sıra amillər təsir edir. Buna görə də 2027-ci ildə qızılın müəyyən faizlə bahalaşacağı barədə iddiaları dəqiq proqnoz kimi qəbul etmək mümkün deyil. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO