Gecələr günəş işığı satılacaq: Qeyri-adi layihə

Gecələr günəş işığı satılacaq: Qeyri-adi layihə

Hazırda oxunan: Gecələr günəş işığı satılacaq: Qeyri-adi layihə

639246

ABŞ-nin Kaliforniya ştatında yerləşən "Reflect Orbital" startapı gün batandan sonra günəş işığını satmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, "The Economist" nəşrinin məlumatına görə, artıq 28 milyon dollardan çox sərmayə cəlb edən şirkət 625 kilometr hündürlükdə 160 kvadratmetr sahəsi olan güzgülü peyk hazırlayır.
 

Bu qurğu Yerdə diametri 5,5 kilometr olan ərazini işıqlandırmaq gücünə sahib olacaq. Startap nümayəndələri bildirirlər ki, bu cür 76 peyk planetin istənilən nöqtəsini bütöv ayın işığına bərabər səviyyədə işıqla təmin edə bilər.


Şirkət gələcəkdə günəş elektrik stansiyaları, xilasetmə əməliyyatları, mədənlər, kurortlar və şəhər işıqlandırması üçün on minlərlə daha böyük güzgü buraxmağı hədəfləyir.

Bununla yanaşı, astronomlar işıq çirklənməsi riski ilə bağlı xəbərdarlıq edirlər. Mütəxəssislər bildirirlər ki, böyük güzgünün təsir zonasında ulduzlar görünməyə bilər, 400 peykin işığı isə 80 kilometrədək məsafədən seçilə bilər. "Reflect Orbital" rəhbərliyi isə teleskopların yaxınlığında güzgüləri söndürəcəyinə söz verir. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO