Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır.
Bizim.Media “Sonxeber.az”a istinadən xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur.
Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyyat vasitələri ciddi texnoloji dəyişikliklərə məruz qalıb.
Lakin bütün bu müddət ərzində avtomobillərdə dəyişməyən əsas elementlər sükan və qaz-fren pedalları olub. Tesla-nın təqdim etdiyi yeni modeldə isə bu elementlər yoxdur və avtomobil artıq real şəraitdə avtonom şəkildə sınaqdan keçirilib.
Yeni texnologiyanın təkcə avtomobillərin idarə olunmasına deyil, bütövlükdə avtomobil mədəniyyətinə təsir edəcəyi gözlənilir. Sükan, pedal və göstəricilər paneli kimi ənənəvi avadanlıqların aradan qalxması avtomobil istehsalında istifadə olunan bir sıra mexaniki sistemlərin və onların istehsalçıları qarşısında da yeni suallar yaradır.
Bununla yanaşı, avtonom avtomobillər nəqliyyat vasitəsinə sahiblik anlayışını da dəyişə bilər.
Belə avtomobillər sahibinin işdə və ya evdə olduğu vaxtlarda boş dayanmaq əvəzinə, digər sərnişinlərin daşınmasında istifadə oluna bilər. Bu isə "robotaksi" modelinin daha geniş yayılmasına səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, gələcəkdə "avtomobil məhsuldur" yanaşmasının yerini "avtomobil xidmətdir" anlayışı tuta bilər. Avtomobillərin gün ərzində daha uzun müddət istifadə edilməsi və sahibinə gəlir gətirməsi əsas göstəricilərdən birinə çevrilə bilər.
Bu dəyişikliklər avtomobil sənayesində məşğulluğa da təsir göstərə bilər. Robotlar, proqram təminatı və süni intellekt istehsalda daha böyük rol oynadıqca bəzi iş yerlərinin azalacağı, eyni zamanda süni intellekt, batareya mühəndisliyi, məlumat elmi, avtonom sürüş təhlükəsizliyi, robototexnika və çip dizaynı kimi sahələrdə yeni iş imkanlarının artacağı bildirilir.
Beləliklə, sükan və pedalların olmadığı avtomobillərin yayılması yalnız nəqliyyat vasitələrinin görünüşünü deyil, onların istehsalını, istifadəsini və avtomobilə sahiblik anlayışını da köklü şəkildə dəyişə bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:56 / 16.09.2026
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Hazırda oxunan: Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Hazırda oxunan: Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
636885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































