Çinə giriş-çıxış sərtləşdirilir – Vətəndaşlar üzərində nəzarət güclənəcək

Çinə giriş-çıxış sərtləşdirilir – Vətəndaşlar üzərində nəzarət güclənəcək

Hazırda oxunan: Çinə giriş-çıxış sərtləşdirilir – Vətəndaşlar üzərində nəzarət güclənəcək

636836

Çin ölkəyə giriş və ölkədən çıxışı məhdudlaşdıran bir sıra genişmiqyaslı yeni qaydalar tətbiq edib. Bu qaydalar hökumətə öz vətəndaşları üzərində nəzarəti daha da gücləndirməyə imkan verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hakimiyyətin fikrincə, xaricdə olarkən milli təhlükəsizliyə və ya Çinin maraqlarına “zərər vuran” vətəndaşların ölkədən çıxmasına üç ilədək müddətə qadağa qoyula bilər.

Yeni qaydalar ölkənin sənaye və ya texnoloji təhlükəsizliyinə təhdid hesab edilən istənilən şəxsə tətbiq oluna bilər.
 

Bundan sonra sərhədçilər də Çin vətəndaşlarına “yüksək riskli” hesab edilən ölkə və regionlara səfər etməkdən çəkinməyi tövsiyə etməlidirlər.


BBC qeyd edir ki, bu qaydalar elan edilməzdən əvvəl də bəzi şəxslərin müəyyən ölkələrə girişinə qadağa qoyulmuşdu. Dövlət qulluqçuları bu məhdudiyyətlərə məruz qalan ilk qruplar arasında olub. Daha sonra məhdudiyyətlər dövlət müəssisələrinin əməkdaşlarına və adi vətəndaşlara da şamil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO