Trampın oğlunun Baham adalarındakı üçgünlük toyunu rusiyalı oliqarx maliyyələşdirib - ŞOK DETALLAR

Trampın oğlunun Baham adalarındakı üçgünlük toyunu rusiyalı oliqarx maliyyələşdirib - ŞOK DETALLAR

Hazırda oxunan: Trampın oğlunun Baham adalarındakı üçgünlük toyunu rusiyalı oliqarx maliyyələşdirib - ŞOK DETALLAR
636678
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kremlə yaxın rusiyalı oliqarx Umar Kremlyov Donald Trampın oğlu Donald Tramp Jr.-ın Baham adalarında keçirilən üçgünlük toy mərasiminin xərclərini maliyyələşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Kremlyovun mərasimin keçirildiyi və qonaqların qaldığı özəl adalardan birinin icarə haqqını, atəşfəşanlığı və digər böyük xərcləri ödədiyi bildirilir. Adalardan birinin gecəlik qiyməti təxminən 100 min dollar, atəşfəşanlığı təşkil edən şirkətin bu cür şoular üçün aldığı məbləğ isə təxminən 70 min dollardır. Tədbirin təşkilində Kremlyovun komandası da iştirak edib.

 

2025-ci ilin sentyabrında ABŞ prezidenti Donald Trampın oğlu Donald Tramp Jr. ilk dəfə Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyovla birlikdə ictimaiyyət qarşısına çıxıb. Onlar İstanbulda boksla bağlı müzakirədə iştirak ediblər.

 

Bu il aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Kremlyovu “Dostluq” ordeni ilə təltif edib. Bundan bir ay sonra, mayın 24-də Tramp Jr. Bettina Andersonla Baham adalarında evlənib.

ProPublica-nın yazdığına görə, Tramp Jr.-ın nümayəndəsi Kremlyovun xərcləri ödəməsini təkzib etməyib və yalnız “Umar Donun şəxsi dostudur” deyə bildirib.

Donald Tramp Jr.-ın həyat yoldaşı Bettina Anderson rusiyalı oliqarxın onlara Baham adalarında özəl adada iki gecəlik toy mərasimi hədiyyə etdiyini təsdiqləyib.

Anderson bunu “son dərəcə səxavətli toy hədiyyəsi” adlandırıb. Onun sözlərinə görə, toy mərasiminin özü yalnız ailə üzvləri üçün nəzərdə tutulub, sonrakı tədbirlər isə əvvəlcədən dostlarla adi həftəsonu kimi planlaşdırılıb. Bu barədə CBS News yazıb.

Trampın oğlunun Baham adalarındakı üçgünlük toyunu rusiyalı oliqarx maliyyələşdirib - ŞOK DETALLAR - foto 1
Trampın oğlunun Baham adalarındakı üçgünlük toyunu rusiyalı oliqarx maliyyələşdirib - ŞOK DETALLAR - foto 2
Trampın oğlunun Baham adalarındakı üçgünlük toyunu rusiyalı oliqarx maliyyələşdirib - ŞOK DETALLAR - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO