Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı səviyyəsində 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinin qadağan edilməsini təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə Makronun Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə ünvanladığı məktubda qeyd olunub.
“Daha da irəli getmək və yeni Avropa qanunvericilik aktı vasitəsilə 15 yaşdan aşağı şəxslərin sosial media platformalarına girişinə qoyulan qadağanı vahid qaydada tətbiq etmək lazımdır”, – məktubda deyilir.
Makron bildirib ki, məhdudiyyətlər daha aydın şəkildə müəyyənləşdirilməli və tənzimlənməlidir. Onun sözlərinə görə, bu, qaydaların milli konstitusiya məhkəmələrinin tələblərinə uyğunlaşdırılmasına imkan verəcək.
Qeyd edək ki, daha əvvəl Fransanın Konstitusiya Şurası oxşar qadağanı qanunvericiliyə uyğun hesab etməyib. Buna səbəb qadağanın həddindən artıq geniş ifadə olunması, çoxsaylı internet resurslarını əhatə etməsi və uşaqların fikir azadlığı hüququnu məhdudlaşdırması olub.
Fransa Prezidenti, həmçinin Avropa qanunvericiliyində sosial media platformalarında asılılıq yaradan funksiyaların müəyyənləşdirilməsi və tənzimlənməsi imkanının yaradılmasını təklif edib.
O, eyni zamanda, sosial platformalarda istifadəçilərin təhlükəsizliyinin standart olaraq təmin edilməsini, o cümlədən istifadə müddətinə məhdudiyyətlər qoyulmasını nəzərdə tutan tələblərin müəyyənləşdirilməsinə çağırıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:44 / 08.09.2026
Makrondan TƏKLİF – “Avropa İttifaqında uşaqların sosial şəbəkələrə girişi qadağan edilsin”
Hazırda oxunan: Makrondan TƏKLİF – “Avropa İttifaqında uşaqların sosial şəbəkələrə girişi qadağan edilsin”
Hazırda oxunan: Makrondan TƏKLİF – “Avropa İttifaqında uşaqların sosial şəbəkələrə girişi qadağan edilsin”
635387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































