Abituriyentlərin DİQQƏTİNƏ – Qeydiyyat başa çatır

Abituriyentlərin DİQQƏTİNƏ – Qeydiyyat başa çatır

Hazırda oxunan: Abituriyentlərin DİQQƏTİNƏ – Qeydiyyat başa çatır

635383

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Bizim.Media xəbər verir ki, universitetlərə qeydiyyat yalnız my.gov.az ilə aparılır.

Qeydiyyat üçün mygov ID ilə şəxsi kabinetinizə daxil olun, “Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyini seçin və “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçin.Məlumatlarınızı yoxlayın, tələb olunan sənədləri yükləyin və qeydiyyatınızı tamamlayın.

Müraciətin statusunu isə “Xidmətin tarixçəsi” bölməsindən izləmək mümkündür.

Qeydiyyatdan keçməyən və təhsil müəssisəsi tərəfindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric edilə bilərlər.

Xatırladaq ki, qeydiyyat 28 avqust saat 11:00-dan başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO