7500-dən çox şagirdin nəticəsi AÇIQLANACAQ

7500-dən çox şagirdin nəticəsi AÇIQLANACAQ

Hazırda oxunan: 7500-dən çox şagirdin nəticəsi AÇIQLANACAQ

635389

Bu gün saat 11:30-da PISA 2025-in nəticələri açıqlanacaq.

Bizim.Media xəbər verir ki, PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqatdır.

Qiymətləndirmənin əsas məqsədi şagirdlərin məktəbdə öyrəndiklərini real həyat situasiyalarında tətbiq etmək bacarığını müəyyənləşdirməkdir.

PISA nəticələri ölkələrin təhsil sistemlərinin vəziyyətini müqayisə etməyə və mövcud problemləri müəyyənləşdirərək təhsilin inkişafı üçün istiqamətlər formalaşdırmağa imkan verir.

PISA 2025-də 90-dan çox ölkə iştirak edir. Bu il qiymətləndirməyə ilk dəfə Xarici Dil Qiymətləndirməsi (XDQ) də daxil edilib.

Qeyd edək ki, PISA 2025 çərçivəsində Azərbaycan üzrə 241 məktəbdən 7 500-dən çox şagirdin qiymətləndirməyə cəlb olunması nəzərdə tutulub. Əvvəlki iki dövrdən fərqli olaraq bütün regionların prosesə daxil edilməsi ölkə səviyyəsində daha geniş məlumat əldə etmək baxımından mühüm addımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO