Bakıda qızını bıçaqlayan qadına HÖKM oxundu

Bakıda qızını bıçaqlayan qadına HÖKM oxundu

Hazırda oxunan: Bakıda qızını bıçaqlayan qadına HÖKM oxundu

635391

Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən F.Vəliyevanın barəsindəki cinayət işinin bəzi detalları məlum olub.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, ona şərti cəza verilib.

İttihama görə, hadisə 14 yanvar 2026-cı il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində baş verib.
 

Belə ki, 1957-ci il təvəllüdlü F.Vəliyeva birlikdə yaşadığı övladı, zərərçəkmiş S.Kazımova ilə məişət zəminində mübahisə edib. Bu zaman təqsirləndirilən şəxs əvvəlcə taxta parçası ilə qızının baş nahiyəsinə zərbə vurub.


Bundan sonra qadın evdə olan mətbəx bıçağından istifadə edib. O, həmin bıçaqla S.Kazımovanın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən zərbə endirib, müxtəlif xəsarətlər yetirib.

Hadisədən sonra F.Vəliyeva saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdi. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO