ABŞ Prezidenti Donald Tramp, ABŞ-nin daxili işlər nazirinə xəritələri və federal məlumat bazalarını yeniləyərək Ontario gölünün "Amerika gölü" (Lake America) kimi qeyd olunmasını tapşıran fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" yazır.
“Ontario gölünün adını Amerika gölü olaraq dəyişdiririk. Mən bu sərəncamı imzaladığım andan etibarən bu qərar dərhal qüvvəyə minir”, – deyə Tramp bildirib.
Bu qərar, davam edən ticarət müharibəsi fonunda Vaşinqton və Ottava arasında münasibətlərin kəskinləşməsinin növbəti təzahürü olub. Ontario gölü ABŞ və Kanada sərhədində yerləşir və ənənəvi olaraq indiki adını daşıyır.
İki ölkə arasında münasibətlərin pisləşməsi son ticarət danışıqlarının uğursuzluğundan sonra kəskin şəkildə güclənib. Tərəflər növbəti ticarət şərtləri barədə razılığa gələ bilməyiblər, üstəlik Vaşinqton və Ottava danışıqların pozulmasına görə məsuliyyəti bir-birinin üzərinə atıblar.
Bundan sonra ABŞ təxminən 20 milyard dollar dəyərində Kanada mallarına 50 faizlik gömrük rüsumu tətbiq edib, Kanada isə sentyabrın 8-dən etibarən Amerika məhsullarına cavab rüsumlarının tətbiq olunacağını elan edib.
Bizim.Media







































































































