Pakistanda xəstəxana yandı - 15 körpə həyatını itirdi

Pakistanda xəstəxana yandı - 15 körpə həyatını itirdi

Hazırda oxunan: Pakistanda xəstəxana yandı - 15 körpə həyatını itirdi

633097

Pakistanda xəstəxananın ginekologiya şöbəsinin yenidoğulmuşlar bölməsində baş verən yanğın nəticəsində azı 15 körpə həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

Məlumata görə, hadisə baş verən zaman şöbədə ümumilikdə 16 yeni doğulmuş körpə olub.

İlkin məlumata əsasən, yanğın kondisionerin kompressorunun partlamasından sonra başlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Yanğının dəqiq səbəbləri və digər təfərrüatlar araşdırmadan sonra müəyyənləşdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO