Pentaqon İranla münaqişədə ölən ABŞ hərbçilərinin sayını AÇIQLADI

Pentaqon İranla münaqişədə ölən ABŞ hərbçilərinin sayını AÇIQLADI

Hazırda oxunan: Pentaqon İranla münaqişədə ölən ABŞ hərbçilərinin sayını AÇIQLADI

633057

İranla münaqişə gedişatında zərər çəkən və ya həyatını itirən ABŞ Silahlı Qüvvələrinin hərbi qulluqçularının ümumi sayı 776-ya çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Pentaqonun rəsmi hesabatlarına istinadən "RİA Novosti" məlumat yayıb.
 

Statistikanın sonuncu dəfə yeniləndiyi 24 avqust tarixinə olan məlumata görə, ABŞ hakimiyyətinin mayın 5-də başa çatdığını elan etdiyi "Epik Qəzəb" (Epic Fury) əməliyyatı zamanı 417 hərbi qulluqçu xəsarət alıb, daha 14-ü isə həlak olub.


Amerikanın iyulun 7-də başlayan yeni zərbələr seriyasından bəri isə zərər çəkən hərbçilərin sayı 341 nəfər təşkil edib, həyatını itirənlərin sayı isə dörddür.

Beləliklə, ABŞ Silahlı Qüvvələrinin İranla münaqişədəki itkiləri 776 nəfərə çatıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Cavab olaraq Tehran İsrailə və ABŞ-nin Yaxın Şərqdəki obyektlərinə zərbələr endirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO