Dünyanın ən gözəl qızının indiki halı— FOTOLAR

Dünyanın ən gözəl qızının indiki halı— FOTOLAR

Hazırda oxunan: Dünyanın ən gözəl qızının indiki halı— FOTOLAR

632901

Bir vaxtlar “dünyanın ən gözəl qızı” kimi tanınan fransız model Thylane Blondeau illər sonra yenidən diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, uşaqlıq yaşlarından dünya şöhrəti qazanan modelin 25 yaşındakı görünüşü sosial mediada böyük maraq doğurub.

Thylane Blondeau hələ 6 yaşında olarkən mavi gözləri və fərqli üz cizgiləri ilə bütün dünyada tanınmışdı. O, cəmi 4 yaşında podiuma çıxaraq moda dünyasına erkən yaşda qədəm qoyub.

İllər ərzində karyerasını davam etdirən Blondeau bir sıra məşhur moda markalarının nümayiş və reklam kampaniyalarında iştirak edib. Hazırda isə model fəaliyyəti ilə yanaşı, öz brendi üzərində də çalışır.

Şəxsi həyatında da yenilik

Thylane Blondeau son aylarda şəxsi həyatı ilə də gündəmə gəlib. O, fransız aktyor və DJ Ben Attal ilə ailə həyatı qurub. Cütlük iyun ayında Parisdə nikah masasına əyləşib, iyul ayında isə Fransanın cənubunda toy mərasimi keçirib.

İllər sonra görünüşü diqqət çəkdi

25 yaşlı modelin sosial media hesabında paylaşdığı son fotosu onun uşaqlıq illərindən bu yana necə dəyişdiyini bir daha ortaya qoyub. Uzun saçları və özünəməxsus üz cizgiləri ilə diqqət çəkən Blondeau-nun uşaqlıqdan dəyişməyən ən xarakterik xüsusiyyəti isə mavi gözləridir.

Bir vaxtlar uşaqlıq fotoları internetdə geniş yayılan Thylane Blondeau-nun indiki görüntüsü həmin illərdəki fotoları ilə müqayisə edildikdə zamanın necə keçdiyini açıq şəkildə göstərir. (demokrat.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO