Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Hazırda oxunan: Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

632880

Ukraynada səfərbərlik yaşının 50-55-ə endirilməsi haqqında müzakirələr gedir.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi Roman Kostenko “Ukrainskaya Pravda“ya deyib.

Onun sözlərinə görə, məsələ Ukrayna ordusunun Baş Qərargahında müzakirə olunur, hələlik yekun qərar yoxdur.

Kostenko bildirib ki, səfərbərlik yaşının azaldılması qanunvericilikdə dəyişikliyə ehtiyac yaratmır və rəhbərliyin müvafiq qərarı bunun üçün kifayət edir.

O, səfərbərlik yaşının 25-dən aşağıya endirilməsinin isə hazırda gündəmdə olmadığını və bunun üçün qanunvericilikdə dəyişiklik edilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, hazırda Ukraynada 60 yaşa qədər şəxslər səfərbərliyə cəlb oluna bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO