Qazaxıstanda parlament seçkilərində səsvermə BAŞA ÇATDI

Qazaxıstanda parlament seçkilərində səsvermə BAŞA ÇATDI

Hazırda oxunan: Qazaxıstanda parlament seçkilərində səsvermə BAŞA ÇATDI

632671

Qazaxıstanda yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00-da) yeni birpalatalı parlamentin (Qurultayın) deputatlarının ilk seçkilərində səsvermə başa çatıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötdü


Bizim.Media yerli mediaya istinadən xəbər verir ki, 10 mindən çox seçki məntəqəsi bağlanıb, səslərin sayılmasına başlanılıb.

Xaricdə bir sıra seçki məntəqələrinin işi davam edir. Onların respublikanın diplomatik nümayəndəliklərinin ərazisində yerli vaxtla saat 20:00-dək işlərini yekunlaşdıracaqları gözlənilir.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Astana vaxtı ilə saat 18:00-a (Bakı vaxtı ilə 17:00-a) qədər seçkilərdə seçicilərin 72,15 %-i iştirak edib ki, bu da 2023-cü il parlament seçkilərinin nəticəsindən yüksəkdir - o zaman səsverməyə seçicilərin 54,21 %-i qatılmışdı.

Seçici aktivliyi barədə yeni məlumatlar açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO