Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF

Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF

Hazırda oxunan: Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
632627
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran kollektiv müdafiə haqqında Məkkə sazişinə qoşulmaq üçün dəvət alıb.

Bizim.Media Report-a istinadən xəbər verir ki, bunu İran parlamentinin mətbuat xidmətinin rəhbəri Mehdi Rəhimi Al Mayadeen telekanalına müsahibəsində bildirib.

Rəhimiyə görə, İran hakimiyyəti hazırda bu təklifi nəzərdən keçirir. O, həmçinin vurğulayıb ki, region ölkələri arasında “təhlükəsizlik çətiri”nin yaradılması İranın maraqlarına uyğundur.

Rəhimiyə görə, Tehran uzun müddətdir ki, buna çağırış edir.

Onun sözlərinə görə, ABŞ region ölkələrinin təhlükəsizliyini təmin etmək barədə verdiyi vədləri yerinə yetirmək əvəzinə, onların təhlükəsizliyini təhdid edir.

Xatırladaq ki, avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kollektiv müdafiə haqqında saziş imzalayıb.

Razılaşmaya əsasən, iştirakçılardan birinə hücum hər üç ölkəyə hücum kimi qiymətləndiriləcək. Sazişi ABŞ Prezidenti Donald Tramp dəstəkləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO