Serbiya prezidenti Aleksandar Vuçiç növbədənkənar parlament seçkilərinin 2026-cı il oktyabrın sonunda keçiriləcəyini bildirib.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə Vuçiç Serbiya Radio və Televiziyasının (RTS) efirində bəyan edib.
"Beləliklə, hazırkı vəziyyətə görə Serbiyada parlament seçkiləri ya oktyabrın 18-də, ya da 25-də baş tutacaq", – deyə bildirib.
Buna qədər prezident parlament seçkilərinin 2026-cı ilin oktyabr və ya noyabr aylarında keçiriləcəyini bildirmişdi.
Vuçiç hakim Serbiya Tərəqqi Partiyasının qələbəsinə ümid edir. Bu halda o, baş nazir postunu tuta bilər.
Bizim.Media



































































































